Sumqayıt şəhəri 28 nömrəli orta məktəbin müəllimi Səudiyyə Ərəbistanının Mədinə şəhərində dünyasını dəyişib.
Birinci24 informasiya agentliyi Sumqayıt24.az-a istinadən xəbər verir ki, 55 yaşlı zəvvar Afət Əliyeva qıcolmadan huşunu itirib. Zəvvar xəstəxanaya çatdırılsa da, orada vəfat edib.
Riyaziyyat fənnini tədris edən Afət xanım digər zəvvarların müşayiəti ilə Bəqi qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, sözügedən qəbiristanlıqda Məhəmməd peyğəmbərin ailə üzvləri, xəlifələr və böyük səhabələr də dəfn olunublar.