İran və Rusiya Xəzər dənizində təlim keçirəcək

İran və Rusiya Xəzər dənizində təlim keçirəcək

İran və Rusiya donanmaları gələn həftə Xəzər dənizində birgə təlimlər keçirəcək.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, “CASAREX 2025” kod adlı birgə xilasetmə və yardım təlimi iyulun 21-də Xəzər dənizində başlayacaq və üç gün davam edəcək.

Təlimlər İran Hərbi Dəniz Qüvvələrinin Şimal Donanması tərəfindən “Təhlükəsiz və sakit Xəzər dənizi naminə birlikdə” devizi altında keçiriləcək.

Təlimlərə İran Hərbi Dəniz Qüvvələri, İslam İnqilabı Keşikçiləri Korpusu, İran İslam Respublikasının Hüquq-Mühafizə Komandanlığı və Rusiya Hərbi Dəniz Qüvvələrinin hərbçiləri iştirak edəcək. Təlimlərdə Xəzər dənizi ilə həmsərhəd olan bir sıra dövlətlərin müşahidəçilərinin iştirakı da gözlənilir.

Təlimlərin məqsədi dəniz təhlükəsizliyini artırmaq və Xəzəryanı ölkələrin donanmaları arasında əməkdaşlığı gücləndirmək olacaq.

Editor

Related Posts