Leyla və Arzu Əliyevaların “Mardi Mekan”ı

Leyla və Arzu Əliyevaların “Mardi Mekan”ı

“PASHA Real Estate Group” Xəzər sahilində Mərdəkan bağları ərazisində yerləşən, “Mardi Mekan” adlı qapalı tipli yeni yaşayış kompleksini təqdim edib.

Şəhər mərkəzindən 20 dəqiqəlik məsafədə yerləşən bu məkan dənizə özəl şəxsi çıxışı özündə birləşdirir.

Mardi Mekan” – 46 villadan və məhdud sayda premium mənzillərdən ibarət, Xəzər dənizinə panoramik mənzərələr təqdim edən, istirahət zonaları da mövcud olan villa şəhərciyidir.

24/7 mühafizə xidməti vəd edən istirahət mərkəzində yalnız residentlərin daxil ola biləcəyi əyləncə sahələri ilə yanaşı, iaşə obyektləri, açıq və qapalı idman zalları, təhsil ocaqları, ticarət mərkəzləri və tibb müəssisələri də yerləşir.

Layihəyə nə qədər pul xərclənib, hansı şirkətlər tikintidə iştirak edib, ərazi nə qədər ölçünü əhatə edir və s. detallar barədə məlumatlar isə mövcud deyil.

Mərdəkanda prezidentin ailə üzvlərinə aid villa şəhərciyində malikanələr satışa çıxarılır

“PASHA Real Estate Group” ölkənin ən böyük şirkəti olan “Paşa Holding”ə bağlıdır və daşınmaz əmlakın idarə olunması ilə məşğuldur. Şirkət hazırda Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqro bazarlarında faəliyyət göstərir.

Araşdırmaçı jurnalistlərə məlum olan son vəziyyətə əsasən, “Paşa Holding” şirkətinin yekun sahibləri kollektiv şəkildə nəzarəti həyata keçirən ölkə başçısı İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar, Birinci vitse-prezident Mehriban Əliyevanın atası Arif Paşayev və əmisi oğlu Mir Camal Paşayevdir.

Sahilboyu tikintilərlə bağlı prezidentin iradı və qanunvericilik

“Kimlərin ehtiyacı var idisə sahilyanı ərazini tutublar da, tikiblər də… Əksinə deyərdim insanların açıq çimərliklərə, həm də təmiz açıq çimərliklərə daha çox ehtiyacları var”. 

Bu mətn sosial şəbəkələrin birində, vətəndaşlardan birinin şirkətin idarəçisinin “Mardi Mekan” ilə əlaqədar paylaşımı altında yazdığı şərhdir.

Prezident İlham Əliyev də 2022-ci ildə öz növbəsində Abşeron sahillərinin məmur və sahibkarlar tərəfindən zəbt edilməsindən danışmışdı

Sitat: “Dövlət məmurları və bir sıra sahibkarlar tərəfindən böyük pozuntular aşkar edilib. Bu, tariximizə və təbiətimizə qarşı cinayətdir. Həm bütün ölkə üzrə, həm də Abşeron yarımadasında, sahilboyu ərazilərdə araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır”.

Həmçinin Azərbaycan qanunvericiliyi dəniz sahilindən 50 metr yaxınlıqda tikintini qadağan edir. Bütün bunlara baxmayaraq, prezidentin ailəsinə məxsus şirkətlər dəniz sahilində yeni torpaqlar almağa, iri layihələr salmağa davam edirlər.

Prezidentin qızının keçmiş həyat yoldaşı, xalq artisti Emin Ağalarovun Xəzərin sahilində saldığı və hər keçən il genişləndirdiyi “Sea Breeze” istirahət layihəsi də bu qəbildən sayılır.

Editor

Related Posts