Today Çərşənbə, 9th İyul 2025
Birinci 24

Birinci 24

Polislərin sosial müdafiəsi gücləndirilir 

Polislərin sosial müdafiəsi gücləndirilir 

Milli Məclis iyulun 8-də keçirilən növbədənkənar sessiyasında “Polis haqqında” qanuna dəyişikliklər edib. 

Birinci24 informasiya agentliyi xəbər verir ki, qəbul edilən dəyişikliklərdə polis işçilərinin “sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək üçün” maliyyələ mənbələrinin artırılması nəzərdə tutulur.

Bu məqsədlə, müxtəlif cinayətlər nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün dövlət büdcəsinə köçürülmüş vəsaitin, habelə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun xəzinə hesabına köçürüləcək.

Həmçinin, dəyişikliyə əsasən, nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən olunacaq.

Editor

Related Posts