Türkiyədə məşhur aktyor və aktrisaların meneceri, “İD Consultancy” şirkətinin sahibi Ayşe Barımın səhhətində yaranan problemlərə görə dünən Ədliyyə Tibb İnstitutuna sövq edilib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, məşhur menecer, “Zorakı güc və şiddət tətbiq etməklə Türkiyə Cümhuriyyəti hökumətini devirməyə və ya onun fəaliyyətlərini qismən və ya tamamilə əngəlləməyə cəhdə yardım etmək” ittihamı ilə mühakimə olunur. Həbsdə qalmasına qərar verilən Barım üçün vəkilləri, müvəkkillərinin ciddi səhhət təhlükəsi ilə qarşı-qarşıya olduğunu əsas gətirərək azadlığa buraxılması üçün müraciət etmişdilər.