Today Çərşənbə axşamı, 12th Avqust 2025
Birinci 24

Birinci 24

ABŞ və Ermənistan birgə hərbi təlimlərə başlayıb 

ABŞ və Ermənistan birgə hərbi təlimlərə başlayıb 

Avqustun 12-də Ermənistan və ABŞ hərbçilərinin birgə hərbi təlimləri başlayıb. 

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, açılış mərasimində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan, ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn və yüksək rütbəli hərbçilər qatılıblar.

Təlimlərin beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə keçirildiyi və avqustun 20-dək davam edəcəyi bildirilir. 

Təlimlərə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının və Kanzas Milli Qvardiyasının hərbçiləri cəlb olunub.

Editor

Related Posts