Today Çərşənbə, 13th Avqust 2025
Birinci 24

Birinci 24

Naxçıvanda gənclərlə informasiya təhlükəsizliyi mövzusunda görüş keçirilib – FOTO

Naxçıvanda gənclərlə informasiya təhlükəsizliyi mövzusunda görüş keçirilib – FOTO

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə “Rəqəmsal dövrdə gənclər: informasiya təhlükəsizliyi və media savadlılığı” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbir Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının inzibati binasında baş tutub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, görüşdə gənclərin rəqəmsal bacarıqlarının artırılması, internet mühitində təhlükəsizliyin təmin edilməsi, saxta xəbərlərin müəyyənləşdirilməsi, media savadlılığının inkişafı və düzgün informasiya mənbələrinin seçilməsi kimi məsələlər müzakirə olunub.

Nazirliyin şöbə müdiri müdiri İlahə Haqverdiyeva tədbirin mahiyyəti və əhəmiyyəti barədə danışıb. Naxçıvan Televiziyasının baş redaktoru Anar Tağıyev və Naxçıvan Dövlət Universitetinin STEAM kabinəsinin müdiri, kiber təhlükəsizlik və proqramlaşdırma üzrə təlimçi Məhəmməd Seyidzadə rəqəmsal mühitdə gənclərin qarşılaşa biləcəyi risklər, informasiya təhlükəsizliyinin təmin olunması yolları və sosial şəbəkələrdən məsuliyyətli istifadə barədə geniş məlumat veriblər.

Tədbir diskussiya formatında davam edib, gənclərin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Editor

Related Posts