
Aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişinin qonağı millət vəkili Rüfət Quliyev və AXP sədri Pənah Hüseyn olub.
Deputat Rüfət Quliyev bildirib ki, 27 il gedən işi 27 günə həll etmək mümükün deyil.
“Vasif Talıbovun üstünə çox getmək lazım deyil, dövlət öz işi ilə məşğuldu. Naxçıvanda islahatlar getməlidir, dəyişikliklər olmalıdır. Amma əvvəlcə baxılmalıdır ki, hansı səhvlər buraxılıb, həmin səhvlər bir də təkrarlanmasın”, – Rüfət Quliyev deyib.