Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycan ordusu Cənubi Qafqazın ən güclüsü seçildi

Azərbaycan ordusu Cənubi Qafqazın ən güclüsü seçildi

Azərbaycan ordusu 2023-cü ilin yanvarında hərbi gücünə görə Cənubi Qafqazda birinci olub. 

Bu barədə ABŞ-ın beynəlxalq analitik mərkəzi olan “Global Firepower” dünya ordularının gücü ilə bağlı 2023-cü il hesabatını dərc edib. 

Həmin təhlilə əsasən, Azərbaycan ordusu 2023-cü ilin yanvarına 145 ordu arasında 57-ci yerdə qərarlaşıb. 

Qeyd edək ki, sözügedən araşdırmalara görə, 2022-ci ildə Azərbaycan ordusu dünyada 63-cü sırada idi. 

Onu da deyək ki, hesabatda Gürcüstan 85-ci, Ermənistan isə 94-cü yerdədir. 

2023-cü il hesabatına görə, Türkiyə dünyada 11-ci, İran isə 17-ci yerdədir. Müharibədən əziyyət çəkən Ukrayna 15-ci yerdədir.

İlk beşlik isə ABŞ, Rusiya, Çin, Hindistan və Böyük Britaniyadır.

Editor

Related Posts