Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanlı müğənniyə qarşı yarım milyon manatlıq DƏLƏDUZLUQ

Tanınmış müğənni Dəniz Əsədovaya qarşı dələduzluq olub.

O bildirib ki, ayrı-ayrı vaxtlarda bir neçə şəxs onun külli miqdarda pulunu mənimsəyib:

“Dörd il əvvəl müxtəlif xəstəxanalarda rəhbər vəzifələrdə çalışan Rauf, Rüfət, Mehparə, Şahin və Eldəniz adlı məmurlar iş görmək adı ilə məndən 500 min manatdan yuxarı pul alıblar. Onu da bildirim ki, bu şəxslərin bir-biri ilə əlaqələri var. Məsələ ilə bağlı polisə müraciət olunub. Hətta məndə maddi sübut kimi onların pul aldıqlarını etiraf edən səs yazıları da var. Hələ bir nəticə əldə edə bilməmişəm. Həmçinin onların barələrində şikayət ərizələri də müvafiq polis şöbələrinə təqdim olunacaq”.

admin

Related Posts