Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Namiqlə duetdən sonra Arif Babayevin gözünə görsənmədim”-Könül Kərimova

Əməkdar artist Könül Kərimova meyxanaçı Namiq Qaraçuxurlu ilə illər əvvəl oxuduğu dueti ilə bağlı etiraf edib.

Müğənni Xalq artisti Arif Babayevin buna görə onu təqid etdiyini deyib. Bu haqda “ATV səhər”də danışan Kərimova uzun müddət xanəndənin gözünə görünməməyə çalışdığını əlavə edib:

“Bir gün meyxanaçı Namiq Qaraçuxurlunu dəvət etdilər ki, onunla bir iş görüm. Dedim ki, Arif Babayev eşitsə, bilsə dəhşət, biabırçılıq olacaq. Ona nə cavab verəcəyəm? Dediyim kimi də oldu. Namiqlə duetimiz baş tutdu.Çox gözəl qəbul olundu. Amma qorxumdan Arif müəllimin gözünə görsənə bilmirdim. Bir də gördüm ki, Arif müəllimdən müsahibə alırlar. Ona sual verdilər ki, tələbələriniz haqda hansı fikri söyləyə bilərsiniz? “Heç nə, nə deyəcəyəm, tələbələrim keçib, meyxana oxuyurlar!” cavabını verdi”.

admin

Related Posts