Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Zığ-Hövsan yolu niyə qaranlığa qərq olub? – Video

Zığ-Hövsan yolu niyə qaranlığa qərq olub? – Video

Son günlər Zığ-Hövsan yolunun qaranlıq olması, avtomobillərin hərəkətində çətinlik yaranması ilə bağlı sosial şəbəkədə şikayətlərə rast gəlinir. Bildirilir ki, sözügedən yolda işıqların yanmaması səbəbindən ötən bir həftə ərzində 3 avtomobil qəzası, 2 piyada vurulması hadisəsi baş verib. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindan sorğumuza cavab olaraq bildirilib ki, hazırda həmin yolda təmir işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə yol işıqlandırılacaq: “Həmin ərazidə əsas yol hərəkəti üzrə təmir bitib. Hazırda yol kənarında bəzi işlər görülür. Hələ ki, işıqlar şəbəkəyə qoşulmayıb. Əvvəllər həmin ərazidə işıqlandırma sistemi, ümumiyyətlə, olmayıb. Təzə layihə üzrə orada yeni işıqlandırma sistemi qurulur. İndi onun mövcud şəbəkəyə qoşulması, test, sınaq işləri həyata keçirilir. Yaxın günlər ərzində həmin yolda işıqlar yanacaq”.

Qəzaların baş verməsinə gəlincə isə, Agentlikdən bildirilib ki, yolda tikinti gedən vaxt mövcud şəraitə, yol nişanlarına uyğun hərəkət olmalıdır. Əgər yolda 60 km/saat sürət nəzərdə tutulubsa, sürücülər sürəti qaldırmamalıdırlar. 

Qeyd edək ki, bir neçə ay əvvəl Suraxanı rayonunun Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı Prezident tərəfindən Sərəncam imzalanıb. Sərəncama əsasən, 58 min nəfərin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ–Hövsan avtomobil yolunun yenidən qurulmasına 7 milyon manat ayrılıb.

Editor

Related Posts