Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Ömrümün sonuna qədər mübarizə aparacam”-Xoşqədəm Hidayətqızı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı növbəti ad gününü qeyd edib.

Birinci 24 yazır ki, onun yeni yaşı münasibətilə uşaq sığınacağındakı azyaşlılar da təbrik ünvanlayıb. Həmin anları paylaşan aparıcı bu sözləri yazıb:

“Videonu izləyəndə gözlərim doldu. Mənim üçün ən dəyərli hədiyyə sığınacağa yerləşdirdiyim balaların təbrikidir. Uşaqları çox sevirəm. İmkanım olsa, bütün atılan, haqqı tapdalanan uşaqları başıma yığıb onların anası olardım. Sizi sevirəm, əziz balalarım. Sizin və sizin kimi atılan, əzilən bütün balalar üçün ömrümün sonuna qədər mübarizə aparacam”, – deyə, Xoşqədəm bildirib.

admin

Related Posts