Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri görüşüblər 

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri görüşüblər 

Qış təlimlərini izləmək üçün Türkiyənin Qars şəhərinə gedən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovu hava limanında Türkiyənin müdafiə naziri Hulusi Akar qarşılayıb.

***

Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri – Hulusi Akar, Zakir Həsənov və Cuanşer Burçuladz Sarıqamışda görüşüblər

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun qardaş ölkədə keçirilən “Qış təlimi – 2023” beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı planlaşdırılır.

Editor

Related Posts