Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Yanvarda sərhədçilər 150 kiloqramdan çox narkotik maddə götürüblər

Yanvarda sərhədçilər 150 kiloqramdan çox narkotik maddə götürüblər

2023-cü ilin yanvarında Azərbaycan sərhədini pozan 33 nəfər saxlanılıb. Onlardan 19-u Azərbaycan, 8-i Pakistan, 2-i Misir, 2-i İran, 1-i Nigeriya və 1-i Gürcüstan vətəndaşıdır. Bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

Qanunsuz miqrasiyaya görə 16 nəfər saxlanılıb. Həmçinin axtarışda olan 247 nəfər saxlanılıb.

Qanunsuz dövriyyədən 154 kiloqram 700 qram narkotik vasitə və 9490 ədəd psixotrop həb çıxarılıb.

1 milyon 790 min manatlıq qaçaqmalçılığın qarşısı alınıb.

Editor

Related Posts