
Sosial mediada bir sıra dövlət qurumlarına istinadən yayılan məlumatlara görə, Zeynalabdin Rəzəvi Xurrəmin işdən uzaqlaşdırılması ilə bağlı məsələ İran Daxili İşlər Nazirliyində müzakirə olunub. Vali fevralın 1-də verdiyi açıqlamada yayılan məlumatdan xəbərsiz olduğunu iddia edib və bunun həqiqət olmadığını bildirib.
Qeyd edək ki, Zeynalabdin Rəzəvi Xurrəm SEPAH-ın Qərbi və Şərqi Azərbaycan əyalətlərindəki komandirlərindən olub. O, 2021-ci ilin oktyabr ayında Şərqi Azərbaycan əyalətinə vali təyin edilib. Bununla da SEPAH-ın İbrahim Rəisi hökumətindəki nüfuzu və həssas postları və nazirlikləri ələ keçirməsi prosesi daha da gücləndirilib.
Hazırda İbrahim Rəisinin hökumətində nazir postunda olanların, demək olar ki, hamısı, o cümlədən İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan SEPAH terror təşkilatının və onun “Qüds” briqadasının keçmiş komandirləri olublar.