Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Nazpəri: “Media həm ağır, həm də sevincli günlərimdə yanımda olub”

Xəbər verdiyimiz kimi, ötən axşam Xalq artisti Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva Mərkəzi Neftçilər xəstəxanasında dünyasını dəyişib.

Birinci 24 xəbər verir ki, Sənətçinin evində bacısı ilə keçirilən vida mərasimində bizim.media-nın əməkdaşı da iştirak edib.

Xalq artisti bildirib ki, bacısının böyrəkləri qəfil fəaliyyətini dayandırıb və o, vəfat edib:

“Hardasa iki həftəyə yaxındır ki, xəstəxanada idi. Həkimlər çox çalışdılar, amma gec idi. Mən özüm də bilirdim ki, çox gecdir. Səhər saat 08:00 radələrində həkimlər dedilər ki, böyrəkləri fəaliyyətini dayandırıb. Artıq heç bir dərman və sistemləri qəbul etmir. Bacardığım qədər yardım etməyə çalışdım. Media həm ağır, həm də sevincli günlərimdə yanımda olub. Sizə təşəkkürümü bildirirəm”.

admin

Related Posts