Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

“10 bina gözümün önündə çökdü” – Türkiyəli aktyor

Türkiyədə zəlzələ baş verən ərazidə olanlardan biri də türkiyəli aktyor Hacı Hail Konuk olub.

Birinci 24 xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib. Aktyor Malatyada olarkən zəlzələnin baş verdiyini bildirib:

“Otelimizin yanındakı iki bina yerlə bir oldu. Dağıntılar altında çox insan var. Təcili kömək lazımdır”.

Daha sonra “CNN Türk”ün canlı yayımına qoşulan Konuk hadisə ilə bağlı açıqlama verib: “10 bina gözümün önündə çökdü”.

Xatırladaq ki, bundan əvvəl türkiyəli aktrisa Melisa Aslı Pamuk da Kahramanmaraşda ailəsinin dağıntılar arasında qaldığını açıqlamışdı. Aktrisa Başak Gümülcinelioğlu isə Hatayda baş verən zəlzələdən sonra anası itkin düşdüyünü bildirib.

admin

Related Posts