Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Bir biznesmen tapdım, onun da evini yıxdılar”-Röya Ayxan

“Gələndən deyirlər soyunur, narah olmayın altdan nə lazımdı geyinmişəm. Özüm-özümə toy edən adamam”.

Birinci 24 xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan deyib.
İfaçı xatirələrini də bölüşüb:

“6 xalam, 1 dayım var. Dayım da çox utancaq adamdır. Bilmirəm, mən kimə oxşamışam. Toydan sonra baxıram ki, şəkillərdə yoxdur. Deyirəm, hanı dayım? Anam deyir ki, çağırmamısan. Deyirəm, özümə kişi tapdım, toy etdim. Heç olmasa qonaqları siz çağırmalı idiniz. Camaatın qızı var, orası var, burası yoxdur, şeyxə ərə gedir. Bir biznesmen tapıb ərə getdim, onun da evini yıxdılar. Qızıl qalmadı ki, satım verim və özümü qurtarım.

Yeganə qadınam ki, döyülmədən boşanmışam. Özüm kağız yazıb qoydum ki, salamat qal. Ona güvənirdim, özümə güvənmirdim”.

Qeyd edək ki, Röya iş adamı Anar Cəlilovla evli olub. Onun bu nikahdan Hüseyn adlı oğul övladı var.

admin

Related Posts