Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Naxçıvanbank” Türkiyəyə ianə köçürmələrini komissiyasız edib

“Naxçıvanbank” ASC Türkiyəyə ianə köçürmələrini komissiyasız edib.

Birinci 24 xəbər verir ki, “Naxçıvanbank” ASC rəhbərliyinin qərarına əsasən qardaş Türkiyə Respublikasında zəlzələdən zərərçəkənlərə yardım etmək məqsədilə “Naxçıvanbank”dan edilən bütün pul köçürmələri komissiyasız həyata keçirilir.

Bildirilib ki, təyinatı üzrə həm fiziki, həm də hüquqi şəxslər “Naxçıvanbank”ın filiallarına yaxınlaşaraq Türkiyəyə maddi yardım köçürmələrini rahat, sürətli və komissiyasız şəkildə həyata keçirə bilərlər.

“Türkiyədə zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa, ailələrinə səbr diləyirik”- bankın açıqlamasında əlavə edilib.

admin

Related Posts