Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Xəstəxanalarımızda Türkiyədəki zəlzələdə yaralananlar üçün 2000 çarpayı ayrılıb

Səhiyyə naziri Teymur Musayevlə türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı olub.

Nazirlikdən verilən məlumata görə, telefon danışığı zamanı Teymur Musayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirildiyini Türkiyəli həmkarının diqqətinə çatdırmışdır.

“Bu məqsədlə, ümumilikdə tibb müəssisələrində 2000 çarpayı ayrılmışdır. Ehtiyac olduğu təqdirdə, Azərbaycanlı tibb mütəxəssisləri yaralanmış şəxslərin müalicəsinə tibbi dəstək göstərməyə tam hazırdır” – deyə T. Musayev bildirib.

Teymur Musayev yaralıların tezliklə sağalmasını arzulayıb və həlak olmuş şəxslərin ailələrinə Allahdan səbr diləyib.

admin

Related Posts