Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Corcina bu geyiminə görə cərimələnəcək

Corcina bu geyiminə görə cərimələnəcək

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigesi Səudiyyə Ərəbistanının qanununlarını pozduğu üçün cərimə gözləyir.

Birinci24 xəbər verir ki, bu haqda İspaniyanın “Marca” qəzeti məlumat yayıb. Bildirilib ki, “Əl-Nasra” klubunun hücumçusunun sevgilisi Səudiyyə Ərəbistanında olarkən geyindiyi açıq libasla ədəb qanununu pozub. O, dekolteli və ayaqları görünən uzun yarıqlı paltarla ictimaiyyət arasına çıxıb.

Qeyd edək ki, 2019-cu ildə Səudiyyə Ərəbistanında ictimai ədəb qaydalarına riayət edilməsi haqqında qanun qəbul edilib. İctimai yerlərdə qolları dirsəyə qədər, ayaqları isə topuğa qədər örtən bol paltar geyinmək tövsiyə olunur. Qanuna riayət edilmədiyi təqdirdə ilk dəfə cərimə olaraq 25 avro ödəmək tələb olunur.

Onu da qeyd edək ki, Corcina sözügedən libasda Səudiyyə Ərəbistanında keçirilən mükafatlandırma mərasiminə qatılıb.

admin

Related Posts