Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şərurda əməliyyat

Şərurda əməliyyat

Külli miqdarda siqaretlər və spirtli içkilər aşkar edildi

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Birinci24 İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və spirtli içkilərin realizə edilməsinin qarşısını alıblar.

Belə ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Şərur rayon sakininin yaşadığı ünvana baxış keçiriblər.

Baxış zamanı həmin ünvanda yerləşən evin həyətyanı sahəsində olan yardımçı tikililərdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və aksiz markası ilə markalanmayan müxtəlif adlarda, ümumilikdə 370760 ədəd siqaretlər və 41 ədəd spirtli içkilər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

admin

Related Posts