Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sumqayıtda qadın məhkəmə zalında özünü doğradı 

Sumqayıtda qadın məhkəmə zalında özünü doğradı 

06.03.2023-cü il tarixində saat 12:30 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, həkim briqadası ünvana saat 12:37-də çatıb.

“İlkin tibbi yardım göstərildikdən sonra 1984-cü il təvəllüdlü vətəndaş saat 12:55 radələrində tibb müəssisəsinə yerləşdirilib. Ona hər iki biləyin ön səthinin  kəsilmiş yarası səbəbilə zəruri tibbi xidmət göstərilib. Daha sonra vətəndaş polis əməkdaşlarının müşayiəti ilə xəstəxananı tərk edib”, – deyə məlumatda qeyd olunub.

***(14:22)

Sumqayıt Apellyasiya Məhkəməsində qadın intihara cəhd edib.

Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə barəsində inzibati icraat aparılan Əliyeva Günay Aqil qızı hər iki biləyini ülgüclə kəsib.

Vəkil məhkəmənin tibb məntəqəsinin işləmədiyini və təcili tibbi yardım briqadasının binaya gec gəldiyini deyib.

Editor

Related Posts