Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda Sosialist Əməyi Qəhrəmanı ziyarət olunub

Naxçıvanda Sosialist Əməyi Qəhrəmanı ziyarət olunub

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Naxçıvan şəhərində yaşayan Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanovanı ziyarət ediblər.

Görüşdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova və komitənin aparat rəhbəri Eltun Həziyev Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanovanı qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər. Bildiriblər ki, ölkəmizdə bütün qadınlar, o cümlədən Həvayət Qurbanova kimi zəhmətkeş qadınlar dövlətimizin daim diqqət və qayğısı əhatəsindədirlər. Əlamətdar günlərdə bu cür ziyarətlərin təşkili də bu tədbirlərin tərkib hissəsidir.

Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanova xatirələrindən danışıb, göstərilən diqqətə görə minnətdarlıq edib.

admin

Related Posts