Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Çinarə Əliyeva:“Mən onu elə qəbul etmişəm”

Çinarə Əliyeva:“Mən onu elə qəbul etmişəm”

Aparıcı Çinarə Əliyeva nişanlısı, estetik cərrah Ruslan Rəsulun əvvəlki evliliyi və qalmaqallı şəkildə ayrılmasından danışıb.

Birinci 24 xəbər verir ki, bu barədə o, “MTV maqazin”ə müsahibəsində deyib. Çinarə bildirib ki, bu keçmişdə olan və bitmiş mövzudur.

“Olmuş-bitmiş bir işdir deyə, bu barədə danışmaq istəmirəm. Çünki bir neçə il bundan öncə evliliyi olub və ayrılıbsa, bu o demək deyil ki, o, həyatını qurmamalıdır. Bu hamının başına gələ bilər. Onun seçimi mən olmuşam, demək ki, qalan həyatını mənimlə davam etmək istəyir. Bu normaldır. Evdəkilər dedi ki, sən əsəbisən deyə çox dərinliyə getmə. Bilirdin ki, o ailəli olub, ayrılıb. Mən də onu elə qəbul etmişəm”.

Qeyd edək ki, R. Rəsulun keçmiş ailəsinə fiziki şiddət göstərməsi və övladları üçün ödəməli olduğu alimenti vermədiyi barədə iddialar yayılmışdı. Ruslan isə açıqlama verərək sözügedən xəbərləri təkzib etmişdi.

admin

Related Posts