Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanın 36 yaşlı yeni naziri Ceyhun Cəlilov kimdir?

Naxçıvanın 36 yaşlı yeni naziri Ceyhun Cəlilov kimdir?

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub və onun yerinə Ceyhun Ramiz oğlu Cəlilov təyin olunub.

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunan Ceyhun Cəlilov 1987-ci ildə Şahbuz rayonunda anadan olub. 2000-2005-ci illərdə Naxçıvan Türk liseyində təhsil alıb. 2005-ci ildə Dövlət İqtisad Universitetinə qəbul olub. 2010-12-ci illərdə Dövlət İqtisad Universitetində magistr təhsili aldıqdan sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyaya gedib. 2012-13-cü illərdə sözügedən layihə çərçivəsində Böyük Britaniyanın Esseks Universitetində magistr təhsili alıb.

Ceyhun Cəlilov əmək fəaliyyətinə 2011-ci ildə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi kimi başlayıb. Bir il sonra – 2012-ci ildə BP şirkətində çalışmağa başlayıb. Ceyhun Cəlilov 2021-ci ilə kimi BP-də müxtəlif vəziflərdə işləyib. 2021-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışıb. 2021-ci ilin avqust ayından etibarən DOST Agentliyində sədrin müşaviri vəzifəsini tutub.

Editor

Related Posts