Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda əmək yarmarkası keçirilib

Naxçıvanda əmək yarmarkası keçirilib

Aktiv məşğulluq tədbirlərinin davamı olaraq bu gün Naxçıvan şəhərində əmək yarmarkası keçirilib.

Tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli aktiv məşğulluq proqramlarının ildən-ilə genişləndirildiyini vurğulayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, həmin tədbirlər arasında əmək yarmarkalarının əhəmiyyəti, keçən il ölkə üzrə 63 əmək yarmarkasının keçirildiyi, həmin tədbirlərdə işəgötürənlər tərəfindən 11 min vakansiyanın təqdim edildiyi qeyd olunub.

Həmçinin ötən dövrdə 60 min ailə üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatların yaradıldığı diqqətə çatdırılıb. Həmin aktiv məşğulluq tədbirlərinin, eləcə də əmək yarmarkalarının Naxçıvan MR-nı da əhatə etdiyi, ötən gün Naxçıvanda daha bir qrup şəxsə özünüməşğulluq proqramı üzrə aktivlər təqdim edildiyi bildirilib.

Naxçıvan Biznes Mərkəzində təşkil olunan əmək yarmarkasında 38 işəgötürən tərəfindən 350 vakansiya təqdim edilib. Həmin vakansiyalar üzrə orta aylıq əməkhaqqı 520 manat təşkil edib. Yarmarkada özünüməşğulluq proqramına, peşə hazırlığına və peşəyönümü xidmətlərə cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.

admin

Related Posts