Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Elza Seyidcahan:“Ərsizlik dərdimi məndən çox el çəkir”

Elza Seyidcahan:“Ərsizlik dərdimi məndən çox el çəkir”

Əməkdar artist Elza Seyidcahan keçmiş həyat yoldaşı ilə bağlı danışıb.

Birinci 24 yazır ki, bu barədə o, Baku TV-nin “13 sual” layihəsində açıqlama verib. Elza deyib ki, övladlarının atası çox qısqanc olub:

“Elə vaxt olur ki, həyat yoldaşı adama maneə yaradır. Elə yoldaş da var ki, dəstək göstərir, deyir, ər qoruyanı el qoruyar. Məsələn, mənim həyat yoldaşım uşaqları bağçaya qoymağa da icazə vermirdi. Deyirdi, evdə otursunlar.

Çox tərs idi. Allah özü bilir, nəyi, necə, nə vaxt edir. Mən indi də onunla danışıram. İstəyəndə zəng edir, danışırıq. Biz boşandıqdan 12 il sonra o, dayısı qızı ilə evləndi. Mən hələ gəncəm, bəstəkarlıqla məşğulam. Ərsizlik dərdimi məndən çox el çəkir”.

admin

Related Posts