Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Mehriban Ələkbərzadə:“Aktyorlar yaşa görə işdən çıxarılmamalıdır”

Mehriban Ələkbərzadə:“Aktyorlar yaşa görə işdən çıxarılmamalıdır”

“Aktyorlar yaşa görə işdən çıxarılmamalıdır”.

Birinci 24 yazır ki, bu sözləri Gənc Tamaşaçılar Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda deyib.

O qeyd edib ki, aktyorlar onsuz da çox cüzi maaşa işləyirlər:

“Məsələnin kimsənin maddiyatına toxunmadan həllində maraqlıyam. Düşünürəm ki, teatr truppasını seçməlidir, truppasını tamaşaları ilə məşğul etmək məcburiyyətində qalmamalıdır. Teatr yaxşı, tələb olunan aktyorla işləməlidir. Teatr hər tamaşanın truppasını yenidən müqavilə ilə qəbul etməlidir. Digər aktyorlara hansısa bir yol tapılmalıdır, onların maaşı verilməlidir. Bunun hansısa yolla həll edilməsini istəyirəm”.

Ələkbərzadə bildirib ki, hər bir tamaşanın öz maliyyəsi olmalıdır:

“Tamaşaların hazırlanmasında xoşlamadığım, bəyənmədiyim “mütləq yola verək, birtəhər başa gətirək” dediyimiz bir şey olmamalıdır. Tamaşaya onu doğrultmaq şərti ilə maliyyə ayrılmalıdır. Bu, çox vacib şərtlərdəndir”.

admin

Related Posts