Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Əlahiddə Ümumqoşun Ordunun zabitləri Heydər Əliyev Muzeyində olub

Əlahiddə Ümumqoşun Ordunun zabitləri Heydər Əliyev Muzeyində olub

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun zabitləri Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatı və zəngin siyasi irsi ilə tanış olublar.

Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev ümumilli liderin həyatı və ictimai-siyasi fəaliyyəti barədə hərbi qulluqçulara geniş məlumat verib. Bildirilib ki, üstün idarəçilik qabiliyyəti, uzaqgörənliyi və yüksək liderlik məziyyətləri ilə dünya siyasət tarixində seçilən ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bütün həyatını ölkənin gələcək inkişafına, xalqın rifahına həsr edib.

Diqqətə çatdırılıb ki, ölkəmizdə dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü.

Bu gün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin qazandığı misilsiz nailiyyətlər ulu öndərin onilliklər ərzində gələcək inkişaf üçün formalaşdırdığı möhkəm təməllərdən güc alır. 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmizlə bu fikir bir daha təsdiqini tapdı.

Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, 1999-cu il 10 may tarixindən fəaliyyət göstərən muzeydə ümummilli liderimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, Moskvada çalışdığı və yaşadığı dövr, Azərbaycana rəhbərlik etdiyi illər və muxtar respublikada fəaliyyət dövrü zəngin materiallarla nümayiş etdirilir.

Hərbi qulluqçular dahi rəhbərin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər.

admin

Related Posts