Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakının mərkəzində yanğın – Yenilənib

Bakının mərkəzində yanğın – Yenilənib

Paytaxtın Səbail rayonu ərazisində yanğın başlayıb. 

Birinci 24 xəbər verir ki, ərazidə yerləşən restoranların biri yanır.

Hazırda hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

***

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb. Bildirilib ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində restoranda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsində qeydə alınan yanğınla bağlı daha bir məlumat yayıb.

Bildirilib ki, ərazidə ikimərtəbəli, mansard tipli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan restoranın yanar konstruksiyaları 26 m² sahədə və bitişik ümumi sahəsi 13 m² olan mağazanın tavanı 9 m² sahədə yanıb.

Restoranın və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Editor

Related Posts