Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Komedixana”ya acıq verdilər

“Komedixana”ya acıq verdilər

Ötən aylarda “Komedixana”dan qalmaqallı şəkildə ayrılan Firuzə Balayeva yeni layihəsi haqqında danışıb.

F. Balayeva kimsənin adını çəkməsə də, sözləri ilə “Komedixana”ya acıq verib:

“İnanırıq ki, “partladacağıq”. Hələ 4-cü çəkilişdir. Mən çox danışmağı sevmirəm. Hər şeyimi səhnədə göstərirəm. Əminəm ki, reytinqlərdə birinci olacağıq”.

Onunla bərabər aktrisa Könül Yusifqızı da layihələrinin çox uğurlu olacağına və reytinqlərdə birinclik əldə edəəcklərinə inandığını söyləyib.

Qeyd edək ki, Əməkdar artist Ülviyyə Əliyeva, Məcid Hüseynov, Tərlan Nur Yaşar, Əlibəy Məmmədli və Firuzə Balayevanın da rol aldığı proqram “Komedixana” ilə oxşarlıq təşkil edir.

admin

Related Posts