Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Müəllimlər İnstitutunda respublika elmi konfransı keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda respublika elmi konfransı keçirilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Heydər Əliyev və Azərbaycanda ali təhsil” mövzusunda respublika elmi konfransı keçirilib.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov və “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov ümummillli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda aparılan təhsil islahatları barədə danışıblar. Qeyd olunub ki, 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı üç dəfədən çox artaraq 2117-yə, 1982-ci ildə isə 4267-yə çatıb.

Dahi rəhbərin təhsil siyasətində ali məktəblərin fəaliyyətinin daha da yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi də xüsusi yer tutub. 1969-1982-ci illərdə beş yeni ali təhsil müəssisəsi açılıb və ali məktəb tələbələrinin sayı 70 mindən 100 minədək qalxıb. Respublikanın milli kadr potensialının daha da gücləndirilməsi məqsədilə 15 mindən çox azərbaycanlı gəncin xarici ölkələrdə ali təhsil almasına şərait yaradılıb.

Qeyd olunub ki, Heydər Əliyevin sərəncamı ilə yaradılan ali məktəblərdən biri də Naxçıvan Müəllimlər İnstitutu olub. İnstitut 2018-ci ildə yenidənqurmadan sonra Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Burada müəllim və tələbələr üçün hərtərəfli şərait yaradılıb, maddi texniki baza təkmilləşdirilib. Bu ali təhsil ocağı ölkənin müəllim kadrları ilə təmin olunmasında mühüm rol oynayır.

Sonra Gəncə Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Gültəkin Allahverdiyevanın, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, dosent Fəxriyyə Cəfərovanın məruzələri dinlənilib

Konfransda ümumilikdə ölkənin 15 universitetini təmsil edən təhsil işçiləri iştirak ediblər.

admin

Related Posts