Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanlı bloger “Lamborghini” aldı

Azərbaycanlı bloger “Lamborghini” aldı

Azərbaycanlı influenser Emira Namazova lüks avtomobil alıb.

Birinci 24 yazır ki, bu barədə o, instaqramda məlumat yayıb. Qırmızı rəng “Lamborghini” markalı avtomobilininin fotosunu paylaşan Elmira bu sözləri yazıb:

“Bu “Lambo”nu əsas alma səbəbimizi də bir neçə günə açıqlayacağam. Şok olacaqsınız. Məncə, dünyada belə bir şey yoxdur. Bəlkə də olub, mən görməmişəm. Həyəcanlıyam. Açıqlayanda biləcəksiniz. Bu rəng etdirməyə qərar verdik. Ən sevdiyim rəng”.

Bəzi izləyiciləri Elmiranın bu avtomobili növbəti instaqram yarşı üçün aldığını düşünsə də, influenser bu iddianı yalanlayıb. O bildirib ki, sponsorlar maşının qiymətini qarşılaya bilməz.

Qeyd edək ki, Elmira daha əvvəl həyat yoldaşı Tural Namazovla keçirdiyi yarışların qaliblərinə maşın bağışlayıb.

admin

Related Posts