Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Günelin yerinə o gəldi

Günelin yerinə o gəldi

“Space” TV-nin uzun illərdir Günel Həsənzadənin təqdimatında ekrana gələn “Banu” verilişində böyük dəyişiklik edilib.

Birinci 24 yazır ki, Günel sözügedən layihədən ayrılıb. Onun yerinə isə şairə Nazilə Səfərli gəlib. Bu barədə Nazilə instaqramda məlumat yayıb:

““Space” TV-nin 17 illik mirası olan “Banu” Güneldən Naziləyə əmanət olundu. Əminəm ki, çoxunuz Günel xanımın gedişinə təəssüflənəcəksiniz. Səmimi olacağam, mən də məyus oldum. Mənə də asan olmayacaq “Banu” izləyicilərinin könlünü almaq. Bu missiyanı mənə güvənərək həvalə edən “Space” televizyasının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”.

admin

Related Posts