Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Avroviziya”dakı münsiflərimiz onlar imiş – FOTO

“Avroviziya”dakı münsiflərimiz onlar imiş – FOTO

“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin rəsmi saytında iştirakçı ölkələrin münsiflər heyətinin üzvlərinin adları açıqlanıb.

Birinci 24 xəbər verir ki, Azərbaycanın peşəkar münsiflər heyətində aşağıdakı sənət nümayəndələri olub:

Anar Yusifov – pianoçu, bəstəkar, prodüser (sədr);

Təranə Muradova – Azərbaycan Dövlət Rəqs Ansamblının solisti və baletmeysteri, Xalq artisti;

Gülyaz Məmmədova – xanəndə, Xalq artisti;

Zümrüd Dadaş-zadə – professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi;

Emin Useynov – “Nero” rəqs mərkəzinin rəhbəri.

Münsiflər heyətinin səsləri müsabiqənin finalında canlı efirdə səsləndirilib. Azərbaycan ən yüksək 12 xalı İsrail təmsilçisi Noa Kirelə verib. Sözügedən ölkə finalda üçüncü yerdə qərarlaşıb.

Müsabiqənin qalibi isə “Tattoo” mahnısı ilə çıxış edən İsveç təmsilçisi Lorin olub.

admin

Related Posts