Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Türkiyədə yeni mini peyk buraxılış sistemi quraşdırılacaq

Türkiyədə yeni mini peyk buraxılış sistemi quraşdırılacaq

Türkiyənin Kırklareli bölgəsində yeni mini peyk buraxılış sistemi quraşdırılacaq.

Bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir bildirib.

Dəmir ilk hədəfin 100 kiloqramlıq peykləri 300 km orbitə yerləşdirmək, növbəti hədəfin isə 1,5 tonluq peyki 700 km orbitdə yerləşdirmək olduğunu bildirib.

Türkiyə MSK sədri İynəadada qurulacaq obyektin quruculuq fəaliyyətlərinə başlanıldığını qeyd edib.

“Gələn il məqsədimiz mini peyk buraxılış sistemimizi tətbiq etməkdir. Başqa sözlə, gələn il biz 100 kq-lıq peyki 300 km orbitə yerləşdirəcək buraxılış qurğusunu hazırlayacağıq. İlk dəfə elan edirik, Kırklarelinin İynəada bölgəsində buraxılış qurğusunu hazırlayırıq”, – deyə Dəmir əlavə edib.

Editor

Related Posts