Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Həlak olan hərbçimizə şəhid statusu veriləcək – Yenilənib

Həlak olan hərbçimizə şəhid statusu veriləcək – Yenilənib

Azərbaycan Ordusunun ildırım vurması nəticəsində vəfat edən əsgər Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək.

Birinci 24 xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib:

“Qanunvericiliyə əsasən, xidmət vaxtı ildırım vurması nəticəsində vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək”.

***12:28
Sosial şəbəkələrdə  ildırım vurması nəticəsində dünyasını dəyişən Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun fotosu yayılıb.

Sözügedən fotonu təqdim edirik:

***10:18
“Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik”.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib:

“Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin”, – məlumatda qeyd edilib.

***09:48
Azərbaycan Ordusunun əsgəri Məmmədli Davud Fuad oğlu faciəvi şəkildə ölüb.

Birinci 24 xəbər verir ki, bu barədə yaxınları Lent.az-a məlumat veriblər.

Onların sözlərinə görə, hadisə Daşkəsəndə qeydə alınıb.

Bildirilib ki, 20 yaşlı D. Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.

Editor

Related Posts