Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Kişinyovda imzalamaq üçün sənəd yoxdur – Paşinyan

Kişinyovda imzalamaq üçün sənəd yoxdur – Paşinyan

Ermənistan tərəfi Vaşinqtonda təqdim olunan sülh sazişi ilə bağlı təkliflərə Azərbaycandan cavab almayıb.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan iyunun 1-də Kişinyovda Avropa İttifaqı Şurasının prezidenti, Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə beştərəfli görüşdə imzalana biləcək sülh sazişi layihəsi üzrə razılığa gəlməyib:

“Sülh müqaviləsinin orada imzalanmasının mümkün olub-olmaması ilə bağlı müzakirələr aparılıb. Biz Azərbaycana təkliflərimizin dördüncü paketinə cavab almamışıq. Hazırda imzalana biləcək razılaşdırılmış layihə yoxdur”.

Editor

Related Posts