Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Heç kəsi özümə rəqib görmürəm” – Aysel Məmmədova

“Heç kəsi özümə rəqib görmürəm” – Aysel Məmmədova

Tanınmış müğənni Aisel (Aysel Məmmədova) diqqətçəkən açıqlamalar verib.

Birinci 24 xəbər verir ki, ifaçı “Şou xəbər”in suallarını cavablayıb. Sənətçi bildirib ki, ömrünün sonuna kimi musiqi ilə məşğul olacaq:

“Ard-arda 3 klip təqdim etmişik. On mahnıdan ibarət “On” adlı albomum yayımlanıb. Mən musiqi ilə yaşayıram, musiqiçiyəm. Yəqin ki, ömrümün axırına qədər bununla davam edəcəyəm”.

Bundan başqa, Aisel sənətdə özünə rəqib görmədiyini də etiraf edib:

“Heç kəsi rəqib kimi görmürəm. Çünki öz işimlə məşğulam. Bunlar məncə, daha sağlam düşüncədir. Təzə-təzə sənətçilər ortaya çıxır. Məncə, sənətdə inkişaf gedir. Hind musiqisi tipində mahnılar oxuyanlar da var. Ancaq müasir musiqi də inkişaf edir”.

admin

Related Posts