Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Elza konsertində kurioz addım atıbmış

Elza konsertində kurioz addım atıbmış

Əməkdar artist Elza Seyidcahan illər öncə baş tutan konsertində qəribə hadisə yaşadığını etiraf edib.

Birinci 24 xəbər verir ki, sənətçi “Söhbət var” verilişində qonaq olarkən, 2018-ci ildə solo konsertindən əvvəl qulaq mikrofonunu unutduğunu bildirib.

Çətin vəziyyətdə qalan bəstəkar elə səhnədə planlaşdırdığı kurioz addımdan danışıb:

“2018-ci ildə Heydər Əliyev Sarayında solo konsertim oldu. Əməkdar artist Bəhruz Vaqifoğlu şeirlərimi tamaşa kimi səhnələşdirmişdi. “Əşyalar”, “Yenə o bağ olaydı” şeirləri və s. Deməli, məşqə gəlmişik. Qulaq mikrofonum təsadüfən yadımızdan çıxıb evdə qalmışdı. Həmin gün də “Formula 1” və Zərifə Əliyevanın doğum günü ilə əlaqədar olaraq yollar bağlanmışdı. Hər yer tıxac idi deyə, gedib evdən götürə bilməyəcəkdik.

Bəhruz gəlib mənə dedi ki, Elza xanım, necə edək? Bəlkə tamaşanı göstərim, ancaq şeiri deməyək? Dedim necə yəni deməyək? Olmaz axı. Kimdənsə mikrofonu alıb şeir demək olmur. Dedim ki, Bəhruz, mən piano ifa edəndə gəl, məni qucaqla və şeirini mənim mikrofonum vasitəsilə de. İnanırsınız, hamıya o səhnə təsir etmişdi. Düzdür, bəlkə də o sirri açmamalı idim. Yəni sənətkar üçün “yoxdur” sözü yoxdur”.

admin

Related Posts