Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Nüvə dövlətləri öz arsenallarını genişləndirir – SIPRI

Nüvə dövlətləri öz arsenallarını genişləndirir – SIPRI

Nüvə silahına sahib olan ölkələr geosiyasi gərginlik fonunda öz arsenallarını genişləndirir.

Birinci 24 Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına istinadən xəbər verir ki, qeyri-rəsmi “nüvə klubu”nun üzvləri (Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail) ümumilikdə 12 min 512 nüvə silahına malik olublar. Bunların iki minə yaxını (əsasən Rusiya və ABŞ) daimi döyüş hazırlığındadır.

1 770 döyüş başlığı ilə ABŞ nüvə silahına sahib ölkələr arasında lider olaraq qalır. 

İkinci yerdə 1 674 döyüş başlığı ilə Rusiya, üçüncü və dördüncü yerdə isə Fransa (280 döyüş başlığı) və Böyük Britaniya (120 döyüş başlığı) qərarlaşıb.

Editor

Related Posts