Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Pərvin əsəbiləşdi:”Məndən əl çək”

Pərvin əsəbiləşdi:”Məndən əl çək”

Aktrisa Pərvin Abıyeva ilə model Səmra Hüseynova arasında qalmaqal şiddətlənib.

Birinci 24 xəbər verir ki, “Tik-Tok” sosial şəbəkəsində canlı yayım açan aktrisa Pərvin Abıyeva əsəblərinə hakim ola bilməyib.

Pərvin modelin etdiyi açıqlamalara görə, anasının səhhətində problem yarandığını bildirərək, Səmraya son xəbərdarlığını edib:

“Deyir sənin varlığın mənə travma verir. Yazışmalar var, 2 ildir ki, mən bu adama reaksiya vermirəm. Mən susduqca bu deyir ki, qorxur məndən. Sən bir özünə, bir də mənə bax. Sən kimsən? Bəsdir daha, məndən əl çək, elə etmə ki, gedib polisə şikayət edim. Ən sonda səni dəlixanaya saldıracam. Öz ailəni də bezdirmisən. Səni dəlixanada çürüdəcəyəm. Sənə sonuncu xəbərdarlığımı edirəm. Dünən əsəbdən anamın şəkəri qalxmışdı”.

admin

Related Posts