Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ərdoğandan sülh sazişi barədə paylaşım – Foto

Ərdoğandan sülh sazişi barədə paylaşım – Foto

“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionumuz daha da çiçəklənəcək”.

Birinci 24 xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında paylaşıb.

Ərdoğan qeyd edib ki, qardaşlığımıza uyğun olaraq ticarətdən enerjiyə, müdafiə sənayesindən nəqliyyata qədər hər sahədə əməkdaşlığımız daha da dərinləşəcək: “Türkiyə və Azərbaycan olaraq Şərqlə Qərb arasında strateji bir yerə sahibik. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionumuz daha da çiçəklənəcək. Biz bu dialoq prosesini İlham qardaşımla tam koordinasiya şəraitində həyata keçiririk. Mən də inanıram ki, biz bu təmasların müsbət nəticələrini yaxın gələcəkdə görəcəyik”.

Editor

Related Posts