Ötən ilin noyabrında iş adamı Berkin Gökbudakla ailə quran türkiyəli aktrisa Aslı Enver artıq qız övladını qucağına almaq üçün gün sayır.
Birinci 24 xəbər verir ki, 8 aylıq hamilə aktrisa 6,5 milyon izləyicisi olan instaqram hesabında yeni fotolarını paylaşıb.
Belə ki, bir müddətdir ekranlardan uzaq düşən Aslı baş rolunu canlandırdığı “Arayış” serialının qala gecəsinə qatılıb. Onun tədbirdə çəkdirdiyi fotolarına çoxsaylı bəyənmə və şərhlər gəlib.
