Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Mətanətlə Zülfiyyə arasında gərginlik

Mətanətlə Zülfiyyə arasında gərginlik

Müğənni Mətanət Əsədova ilə vəkil Zülfiyyə Bayramova arasında gərginlik yaşanıb.

Birinci 24 xəbər verir ki, tərəflərin sözü “Elgizlə izlə” proqramında çəp gəlib. Belə ki, M. Əsədova istənilən mövzuda valideynlərin günahsız olduğunu, övladların onları bağışlamasının vacibliyini dilə gətirib.

Bayramova Mətanətin sözlərini bəyənməyib, onu “publikaya işləmək”də ittiham edib:

“Bu dəqiqə publikaya işləyirik. İşləyirik ki, analar bizə desin ki, əhsən! Əgər ana övladını atırsa… Sən bu insanı qarşına qoyub danlamaqla publikaya işləyirsən. Adamı anası balaca vaxtı qoyub, çıxıb gedib. Əgər o həyatı yaşamamısansa, o sevgidən məhrum olmusansa, adamı gəlib ittiham edə bilməzsən”.

Əsədova “Mən belə danışa bilmərəm? Sən niyə odlu, alovlu danışırsan ki?”,- deyə vəkilə cavab verib.

admin

Related Posts