Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ağbulaqda “Yay məktəbi”nə start verilib

Ağbulaqda “Yay məktəbi”nə start verilib

Birinci 24 xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə uşaqlar üçün “Yay məktəbi” təşkil olunub.

Ağbulaq İstirahət Mərkəzində təşkil olunan layihənin açılış tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev bu cür tədbirləri uşaqların asudə vaxtlarını səmərəli keçirməsi, yeni bilik və bacarıqların qazananılması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildiriblər.

3 gün davam edəcək “Yay məktəbi”ndə xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları, o cümlədən, şəhid, qazi və hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş, təkvalideynli uşaqlar iştirak edirlər.

Proqrama uyğun olaraq Ağbulaq kəndinə ekskursiya, müxtəlif idman və əyləncəli oyunlar, intellektual yarışlar, diskussiyalar və uşaqlar üçün digər aktiv fəaliyyətlər təşkil ediləcək.

admin

Related Posts