Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

AŞPA Azərbaycana qarşı qərəzli qətnamə qəbul etdi

AŞPA Azərbaycana qarşı qərəzli qətnamə qəbul etdi

Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz gediş-gəlişin təmin edilməsi” adlı qətnamə qəbul edib.

Bu barədə Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan sosial şəbəkə hesabında yazıb.

Bildirilir ki, Azərbaycan nümayəndə heyəti qətnaməni dəyişdirmək və ya onun qəbul edilməməsi üçün hər şeyi edib, lakin təklif olunan düzəlişlərdən 60-a yaxını rədd edilərək qətnamə qəbul edilib.

Rubinyan qeyd edib ki, AŞPA-nın qətnaməsində Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz gediş-gəlişin mümkünsüz olduğu bildirilir.

Onun sözlərinə görə, qətnamə əsasən Laçın dəhlizinin blokadaya alınmasının humanitar və insan haqları sahəsində nəticələrindən bəhs edir.

“Sənəd təcili olaraq Laçın dəhlizinə və Qarabağa beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsinin vacibliyini vurğulayır. 

Sənəddə həmçinin Azərbaycan AİHM və Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına əməl etməyə, tədarükü bərpa etməyə çağırılır. Assambleya Azərbaycanı vəziyyəti yerində qiymətləndirmək üçün Avropa Şurasının nümayəndə heyətini Laçın dəhlizinə və Qarabağa səfərə dəvət etməyə çağırır”.

Editor

Related Posts