Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Daha bir qrup gənc ordu sıralarına yola salınıb

Daha bir qrup gənc ordu sıralarına yola salınıb

Birinci 24 xəbər verir ki, bu gün Naxçıvan şəhərində və Babək rayonunda gənclərin hərbi xidmətə yola salınması mərasimləri keçirilib.

Mərasimlərdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər gənc çağırışçıları qalib ordunun əsgəri adını qazanmaları münasibəti ilə təbrik ediblər.

Qeyd edilib ki, Ordumuzun parlaq qələbəsi ilə başa çatan Vətən müharibəsində Naxçıvan Muxtar Respublikasından olan Vətən övladları da mətanətlə iştirak edib. Ali Baş Komandanın uğurlu siyasəti və Ordumuzun rəşadəti nəticəsində az müddət ərzində – cəmi 44 günə mənfur düşmənin ordusu darmadağın edildi, tarixi torpaqlarımız işğaldan azad olundu. Bu tarix hər bir gəncin yaddaşında daim qalmalı, Vətən övladlarının keçdikləri döyüş yolu hər bir əsgərimizə örnək olmalıdır.

Mərasimlərdə əminliklə vurğulanıb ki, bu gün böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola düşən gənclərimiz vətənimizi qorumaq kimi müqəddəs borcu şərəflə yerinə yetirəcək, qalib ordunun sıralarında olmaqdan qürur duyacaqlar.

Çağırışçılar çıxış edərək “Azərbaycan əsgəri” şərəfli adını daşıyacaqlarından qürurlandıqlarını dilə gətiriblər.

admin

Related Posts